
Bakının Sabunçu rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Xəlilov İsa Fərman oğlu yolu keçərkən avromobil onu vurub.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və ona dördüncü bel fəqərəsinin sınığı diaqnozu qoyulub.