
Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.
Hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
Belə ki, “Xaliq Faiqoğlu” MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.
Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.