“Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa Gənclər İli ilə bağlı kampaniyaya başlayır”.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko mətbuat konfransında deyib.

O bildirib ki, Aİ bu ili gənclərin koronavirus pandemiyası zamanı üzləşdiyi problemlərə görə Gənclər İli elan edib: “İstəyirik ki, Azərbaycan gəncləri Aİ-nin bu istiqamətdəki fəaliyyəti barədə məlumatlı olsunlar. Məqsədimiz hökumət, təhsil müəssisələri və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı inkişaf etdirməkdir. İndi bununla bağlı canlanma olduğuna görə fəxr edirik: getdikcə daha çox müəllim və tələbə “Erasmus+” layihələrində iştirak edir. Bu il müraciətlərin sayında artım müşahidə edirik. Üstəlik, Azərbaycanda 664 məktəb “EU Twınnıng” proqramından yararlanıb.

İstinadlar Report