Bakı şəhərində fəaliyyət göstərən “Qaradağ”, “Qəbələ Xanlar”, “Araz Terrace”, “Bulaq”, “Dükkan”, “Təbiət” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.