İndoneziyanın Bakıdakı səfirliyində İndoneziya və Malayziya səfirlikləri ilə birgə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) yaradılmasının 55-ci ildönümü münasibətilə tədbir keçirilib.

Azərbaycanda ikinci tarixi ASEAN Gününün qeyd olunması ASEAN dövlətlərinin Cənub-Şərqi Asiya regionunda sülh və firavanlığı həyata keçirmək vizyonunu əks etdirən “The ASEAN Way” (ASEAN Yolu) adlı ASEAN himninin səslənməsi ilə yanaşı ASEAN bayrağının qaldırılması mərasimi ilə başlayıb.

Ev sahibi kimi İndoneziya səfiri zati-aliləri, cənab Hildi Hamid öz çıxışı ilə bütün qonaqları salamlayıb və ASEAN-ın 55-ci ildönümü ilə bağlı tədbirdə iştiraklarına görə təşəkkürünü bildirib.

“İndiyə qədər ASEAN son 55 il ərzində güclü və çiçəklənən Cənub-Şərqi Asiya regionu qurmağa müvəffəq olub. ASEAN digər inkişaf etmiş ölkələrlə əlaqələr yarada və müxtəlif yollarla beynəlxalq aləmdə hesablaşmalı cəmiyyətlərdən birinə çevrilə bilər”.

İndoneziya səfiri öz çıxışında ASEAN-ın sosial, iqtisadi, siyasi və mədəni aspektlər baxımından əhəmiyyətli irəliləyişlər göstərdiyini vurğulayıb. Həmçinin on üzv dövlətdən – Bruney, Kamboca, İndoneziya, Laos PDR, Malayziya, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnamdan ibarət olan ASEAN-nın Asiyada 3-cü, dünyada isə 5-ci ən böyük bazara çevrildiyini və ən inkişaf etmiş inteqrasiya olunmuş bazarlardan biri olduğunu bildirib. 667 milyon əhalisi olan ASEAN-ın geniş istehlak bazası var və bu, Çin və Hindistandan sonra qlobal miqyasda 3-cü yerdədir.

Malayziyanın səfiri zati-aliləri, cənab Dato Yubazlan Yusof da ASEAN-ı 55 illik yubileyi münasibətilə təbrik edib. Dostluq ruhuna əsaslanan və üzv dövlətlərin siyasi, iqtisadi və sosial müxtəlifliyini nəzərə alan “ASEAN Yolu” kimi tanınan konsepsiya ilə birləşən ASEAN, qlobal dünyada növbəti iqtisadi super güc kimi tanınır. O, həmçinin ümid edir ki, ASEAN ölkələri hər zaman bir-birini dəstəkləyəcək və iqtisadiyyatı daha da gücləndirmək, regional sülh və sabitliyi qorumaq məqsədilə birgə işləməklə təcrübə mübadiləsi aparacaqlar.

Tədbir İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamid və Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Yusof tərəfindən ASEAN tortunun kəsilməsi mərasimi ilə davam edib.

İstinadlar Report