Mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.