Bir neçə gündür ki, sosial şəbəkələrdə anomal doğulmuş körpənin videosu yayılıb.Sözügedən videonu “İnternational Medical Center 1” xəstəxanasının mama-ginekoloqu Pərvin Xəlilova instagram hesabında paylaşıb.

Daha sonra video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və ginekoloq görüntüləri səhifəsindən silib.

Günlərdir müzakirə olunan anomal körpənin Azərbaycanda doğulduğunu rəsmən nə təsdiq, nə də təkzib edirlər. Həmin videoda ananın səsi eşidilsə də, doğuşun hansı xəstəxanada baş verməsi ilə bağlı heç bir məlumat yoxdur.

Media məsələylə bağlı sözügedən videonu paylaşan mama-ginekoloq Pərvin Xəlilova ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, həkim telefona cavab verməyib. Köməkçisi isə bildirib ki, doğuş onların xəstəxanasında, Pərvin xanım tərəfindən həyata keçirilməyib.

Səhiyyə Nazirliyindən bildirilib ki, bu barədə onlara hər hansı məlumat daxil olmayıb.

Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova da məsələdən bixəbər olduğunu qeyd edib. O, medicina-az-a deyib ki, hadisənin özəl klinikada baş verdiyi ehtimal olunur və bu halda qurumun icazəsiz müdaxilə etməyə ixtiyarı yoxdur:

Oxumağa dəyər:   Bərdədə maşınlar toqquşdu, sürücü öldü - Fotolar

“Qanunla əmr var ki, özəl tibb xidməti göstərən müəssisələrin yoxlanılması aparılmır. Bu anormal doğulmuş körpəni nə ölkənin baş neanotoloqu, nə mən, nə baş pediatrı görməyib, çünki dəvət etməyiblər. Bizi həmin özəl klinika çağırmalıdır ki, gəlin, belə bir uşaq doğulub, yığışın görək nədir, nə etməliyik. Azərbaycanda ginekoloji təcrübədə bir gözü olan təpəgöz uşaq, beyni olmayan uşaq, başı normal inkişaf etməyən körpələr doğulub.

Bu anomaliya hamiləliyin III ayında USM müayinəsi zamanı aşkar olunmalı və abort olunmalıdır.

Doğuşa qədər bu halın aşkarlanmaması cinayətdir. Ailə bu faktı vaxtında aşkarlamayan həmin USM mütəxəssisindən və ginekoloqdan şikayət edə bilər. Amma göründüyü kimi, nə hamiləliyi aparan həkimin adı açıqlanır, nə də doğumun olduğu özəl klinikanın adı. Çünki bu, onların imicinə zərərdir, antireklamdır, sabah xəstələr qorxub ora getməzlər”.

Pediatr Aytən İsmayılzadə isə bildirib ki, bu kimi hallar hamiləlik zamanı aşkar olunarsa, xəstə aborta yönləndirilir:

Oxumağa dəyər:   Vladislav Krikliy Abşeron Logistika Mərkəzində - Fotolar

“Nadir olsa da, bu kimi hallar ölkəmizdə baş verir. Anomal doğulmuş körpə sadəcə xarici görünüşünə görə yox, həm də daxili orqanları baxımından da yetərsiz olur. Beyin olmaya bilir, ürəkdə qüsur olur. Bu uşaqlar əksər hallarda yaşamır. Düzü, yaşatmağa çalışmağa da mən gərək görmürəm. Vaxtında diaqnoz qoyulmalı və vəziyyət bu həddə gəlib çıxmamalı idi”.

Sözügedən görüntülərin həssas olduğunu nəzərə alaraq bulanıq təqdim edirik:

 

İstinadlar Qafqazinfo