Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və Azərbaycanın maliyyə naziri Samir Şərifov iştirak ediblər.

Litzenberger bildirib ki, bu tədbir ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə keçirildiyi üçün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

S.Şərifov çıxışı zamanı iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə enerji və terrorizmlə mübarizə sahəsində inkişaf etdiyini, Azərbaycanın enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan regionun inkişafı istiqamətində addımlar atır və Ermənistanla sülh sazişinin imzalanması burada mühüm rol oynaya bilər.

İstinadlar Report