Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Ağayev Ağakişi Musa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo