Bakıda 67 yaşlı qadına qarşı 88 min dollarlıq dələduzluq edilib

Bakı şəhər sakini 1949-cu il təvəllüdlü Süleymanova Güləbatın Məcid qızı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib.
Belə ki, 2016-ci ilin iyun ayında Sayalı adlı şəxs onu aldadaraq 12000 ABŞ dollar pulunu və 76000 ABŞ dollar dəyərində qızıl-zinət əşyalarını alıb.
Faktla bağlı araşdırma aparılır.