
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Eldəniz Həsənov etibarnamə əsasında idarə etdiyi “Ford Transit minik” markalı avtomobillə həyətdə arxaya hərəkətdə olan zaman piyada 1959-cu il təvəllüdlü Məryəm Rzayevanı ehtiyatsızlıqdan vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq hadisə yerində ölüb.