Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nizami rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1960-cı il təvəllüdlü Ağaməmmədova Xanım Ələddin qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

İstinadlar Report