
Bakıda bacısı ölən qardaş intihar edib.
Hadisə Binəqədi qəsəbəsi ərazisində baş verib.
Belə ki, martın 26-da 1955-ci il təvəllüdlü Şəmsəddinov Aydın Məsimoviç oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib. Baxış zamanı fərdi yaşayış evində 1961-ci il təvəllüdlü, şəkərli diabet xəstəliyindən əziyyət çəkən, yataq xəstəsi Şəmsədinova Səidə Məsim qızının meyiti də aşkar edilib.
Qohumlarının deməsinə görə Aydın Şəmsəddinov bacısı Səidə Şəmsədinovanın ölməsinə dözməyərək intihar edib.