
Bakının Nizami rayonunda 50 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Ağayeva Sevda Əhməd qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ topuq sümüyünün sınığı diaqnozu qoyulub.