Bakıda 50 yaşlı kişi dənizdə boğulub
Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1800 m aralı, nəzarətsiz ərazidə) batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1967-ci il təvəllüdlü Mübariz Əliyev Cavad oğlunun cəsədi batdığı yerdən 700 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycan24 sosial şəbəkələrdə