Bakıda 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41 min dollar və 5 min 720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.