Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Kərim Nicat Xaliq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo