26 iyun – Azərbaycanın Silahlı Qüvvələr günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə yürüş keçiriləcək.

Məlumata görə, yürşün hərəkət trayektoriyası ilə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlə əlaqədar 33 müntəzəm marşrut xətti üzrə (1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206, 88A və H1 nömrəli marşrular) avtobusların hərəkəti alternativ küçələrdən keçməklə təmin olunacaq.

 

İstinadlar Qafqazinfo