AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Ermənistan müdafiə naziri sülhməramlıların komandiri ilə görüşdü – Foto
  • İqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunub
  • “Bunu demişəm də, bunu etmişəm də”
  • “İntensiv leysan yağışları çaylarda sululuğu artırıb”
  • Müstəqillik Günü münasibətiilə Mülki müdafiə qoşunlarında tədbirlər keçirildi – Fotolar
  • “Bu gün bu gözəl Zəngilan torpağında həyat qururuq”
  • BMT: “Ötən il silahlı münaqişələrdə azı 11 075 mülki şəxs həlak olub”
  • Bakıda müəllimi öldürüb evini yandıran şəxs tutuldu
  • Şimali Makedoniyanın XİN başçısı Ukraynanın İrpin şəhərində olub
  • Obyektdən oğurluq edərkən tutuldu – Video
  • Ermənistan müdafiə naziri sülhməramlıların komandiri ilə görüşdü – Foto
  • “Bunu demişəm də, bunu etmişəm də”
  • Müstəqillik Günü münasibətiilə Mülki müdafiə qoşunlarında tədbirlər keçirildi – Fotolar
  • Bakıda müəllimi öldürüb evini yandıran şəxs tutuldu
  • Obyektdən oğurluq edərkən tutuldu – Video
  • Qriqoryan Şahin Mustafayevlə görüşü konstruktiv adlandırdı
  • NATO-nun Baş katibi: “İsveç və Finlandiya Türkiyənin tələblərini yerinə yetirməlidirlər”
  • Ermənistanda etirazçılar Gürcüstana gedən yolu bağladılar
  • Prezidentə təbriklər gəlməkdə davam edir
  • Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul etdi – Fotolar
  • “6 milyonu ödəməyə hazıram” – Vilyam Hacıyev
  • Ramiz Göyüşovun Əli Əliyev barəsində şikayəti icraata götürüldü
  • Rumıniyanın XİN başçısı: “NATO-nun daha güclü olmasına çalışmalıyıq”
  • “Orqan transplantasiyası ilə bağlı vahid növbəlilik sistemi yaradılsın”
  • İnsan orqanlarının alqı-satqısına görə cərimələr artırılır
  • Azərbaycanda referendum keçiriləcək?
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Bakıda 3 avtobus toqquşdu, yaralı var – Video
06/01/2022 10:32
Obyektdən oğurluq edərkən tutuldu – Video
27/05/2022 15:09
Yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı – Video
27/05/2022 11:47
İlham Əliyev və Mehriban Əliyevanın Zəngilana səfərindən – Video
26/05/2022 22:23
“Yolumuz Zəngilanadır…” – Mehriban Əliyeva video paylaşdı
26/05/2022 16:20
FHN subasma hadisələri ilə bağlı məlumat yaydı – VİDEO
26/05/2022 13:42
Daşan çaydan belə xilas olundu – Video
26/05/2022 09:05
Həcc ziyarətinin qiyməti niyə artıb? – QMİ-dən açıqlama – VİDEO
25/05/2022 23:24
Nərimanovda qazdan qanunsuz istifadə halı aşkarlandı – Video
25/05/2022 23:00
Bayraktarla pilot arasında maraqlı dialoq – Video
25/05/2022 16:47
Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib – VİDEO
25/05/2022 16:14
İrəvanda Atatürkün portreti erməniləri hiddətləndirib – VİDEO
25/05/2022 16:03
Şamaxının bu kəndlərində elektrik şəbəkəsi yenidən quruldu – Video
25/05/2022 15:49
Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video
25/05/2022 14:12
Vilayət Eyvazov qəbul keçirdi – Video
25/05/2022 14:02
“Şahin Mustafayev ermənicə sərbəst danışır..”
25/05/2022 11:08
Bu avtomobil sahiblərinə pul veriləcək – Video
25/05/2022 00:56

Video xəbərlər

  • Obyektdən oğurluq edərkən tutuldu – Video
  • Yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı – Video
  • İlham Əliyev və Mehriban Əliyevanın Zəngilana səfərindən – Video
  • “Yolumuz Zəngilanadır…” – Mehriban Əliyeva video paylaşdı
  • FHN subasma hadisələri ilə bağlı məlumat yaydı – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

27/05/2022
15:56 Ermənistan müdafiə naziri sülhməramlıların komandiri ilə görüşdü – Foto
15:51 İqlim dəyişmələrinə uyğunlaşma məsələləri müzakirə olunub
15:47 “Bunu demişəm də, bunu etmişəm də”
15:44 “İntensiv leysan yağışları çaylarda sululuğu artırıb”
15:40 Müstəqillik Günü münasibətiilə Mülki müdafiə qoşunlarında tədbirlər keçirildi – Fotolar
15:38 “Bu gün bu gözəl Zəngilan torpağında həyat qururuq”
15:32 BMT: “Ötən il silahlı münaqişələrdə azı 11 075 mülki şəxs həlak olub”
15:27 Bakıda müəllimi öldürüb evini yandıran şəxs tutuldu
15:14 Şimali Makedoniyanın XİN başçısı Ukraynanın İrpin şəhərində olub
15:09 Obyektdən oğurluq edərkən tutuldu – Video
15:02 Hərbçinin Ağdamda minaya düşməsi ilə bağlı – Rəsmi açıqlama
15:00 Qriqoryan Şahin Mustafayevlə görüşü konstruktiv adlandırdı
14:53 NATO-nun Baş katibi: “İsveç və Finlandiya Türkiyənin tələblərini yerinə yetirməlidirlər”
14:47 Ermənistanda etirazçılar Gürcüstana gedən yolu bağladılar
14:38 Ermənistan Baş nazirinin müavini: “Sərhədlərin delimitasiyası üzrə ilk görüş konstruktiv keçdi”
14:35 Prezidentə təbriklər gəlməkdə davam edir
14:29  Jirinovskinin partiyasında yeni sədr seçilib
14:22 Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul etdi – Fotolar
14:14 Mehriban Əliyeva Zəngilandan yeni foto paylaşdı
14:14 İranda ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
14:11 Bakının bu qəsəbəsində aeroport tikilə bilər
14:09 “6 milyonu ödəməyə hazıram” – Vilyam Hacıyev
14:04 ABŞ və Fransa hərbi gəmiləri bu gün Finlandiya sahillərinə yan alacaq
14:02 Ramiz Göyüşovun Əli Əliyev barəsində şikayəti icraata götürüldü
13:53 Ukrayna Prezident Ofisi: “Rusiya qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”
13:52 Rumıniyanın XİN başçısı: “NATO-nun daha güclü olmasına çalışmalıyıq”
13:45 “Orqan transplantasiyası ilə bağlı vahid növbəlilik sistemi yaradılsın”
13:45 Nazir: “İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı mövqeyimiz konkretdir”
13:42 “İntiharın bir addınlığındayam…” – Sevinc Qədirova
13:39 Müstəqillik Günü 29° isti olacaq
13:29 “7 aya yaxın deputatlarla bu binada oturdum, bir nəfər gəlib maraqlanmadı…”
13:24 Nazirlik orqan transplantasiyası barədə tədbirlər planı hazırlayıb
13:20 Tarixdə ilk dəfə Türkiyə, Rumıniya və Polşa liderlərinin zirvə toplantısı keçiriləcək
13:02 Türkmənistanda Rusiya dövlət telekanallarının yayımı dayandırılıb
13:00 Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
12:50 ABŞ-da yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var
12:47 Prezidentlə xanımı Ağalı kənd sakinləri ilə görüşdü
12:45 İnsan orqanlarının alqı-satqısına görə cərimələr artırılır
12:29 Ağdamda Daxili Qoşunların hərbçisi minaya düşdü
12:15 Polis ağır qəza törətdi – Ölən var
12:14 Azərbaycanda referendum keçiriləcək?
12:03 “Həmin bloqerlərə qarşı mübarizə aparanlara medallar verilsin”
11:56 Yaponiya və ABŞ Sakit okeanda birgə təlimlər keçirib
11:54 ABŞ-da hər yüz nəfərə 120,5 silah düşür
11:50 Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min alıblar
11:48 Şuşa ziyalıları ilə görüş keçirilib – Fotolar
11:47 Yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı – Video
11:45 Bu şəxslər 5 min manat cərimələnəcək
11:45 Bu şəxslərin əlillik təyinatı fərqli aparılacaq
11:42 Azərbaycanda yeni medal təsis olunur
11:27 Vilayət rəhbəri: “Çerniqov hər gün atəşə tutulur, 500-dən çox ölən var”
11:23 Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək
11:18 Vilayət Eyvazov polis rəisini vəzifəsindən azad etdi
11:08 Prezidentlə xanımı Zəngilanda intensiv meyvə bağı ilə tanış oldular
11:07 Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlara hökm oxundu
11:03 Paşinyan ‘ilk peykimizi buraxdıq’ dedi – Ermənistan gülür
10:56 BMT Baş katibi Əfqanıstandakı hücumları pisləyib
10:56 Selçuk Bayraktar Şuşaya gedib
10:49 Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş… – Təfərrüat
10:42 “Qafqaz Hotel”dən televizor oğurladı, 2 həftə sonra gətirib yerinə qoydu

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Bakıda 3 avtobus toqquşdu, yaralı var – Video

Multimedia 06/01/2022 10:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün səhər saat 06:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi “Daewoo” markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Obyektdən oğurluq edərkən tutuldu – Video

Multimedia 27/05/2022 15:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi rayonunda yerləşən obyektlərdən birinin mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.

Xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislər hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Əbdürrəhmanovu saxlayaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil veriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi araşdırmaların yekunundan sonra məlum olacaq.

Qeyd edilib ki, bu ilin 5 ayı ərzində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə 8 oğurluğa cəhd edilib. Bu cəhdlərin qarşısı idarənin əməkdaşları tərəfindən alınıb. Həmin hadisələr üzrə və ümumən ictimai asayışı pozan 12 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib.

Oxumağa dəyər:   "Şəxsi telefonuma görə rüsum istədilər" iddiasına - Komitədən cavab

Bundan başqa, hesabat dövründə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində 1 nəfərin intihar etmək cəhdinin qarşısı alınıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı – Video

Multimedia 27/05/2022 11:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində “Az Steel Company” MMC-yə məxsus ərazidə istismara yararsız yük gəmisində aparılan doğrama işləri ilə əlaqədar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– obyektin ərazisi, doğrama işləri aparılan sahələr neft və mazut tullantılarından təmizlənməyib;

– açıq alovun tətbiqi ilə işlər icra edilərkən yanar konstruksiyaları qığılcımlardan qorumaq üçün obyektin ərazisi gəzdirilən çəpərlərlə hasarlanmayıb;

– açıq od ilə icra edilən iş yerləri, qaynaq aqreqatları və transformatorların qurulduğu yerlər 5 metr radiusda hər cür yanar materiallardan təmizlənməyib;

Oxumağa dəyər:   Müstəqillik Günü münasibətiilə Mülki müdafiə qoşunlarında tədbirlər keçirildi - Fotolar

– obyektin ərazisində elektro-qaz qaynaq işləri zamanı nasaz cihazlarla işləmək qadağan edilməyib;

– obyektin ərazisində yanğın baş verdikdə zəruri davranış qaydaları və yanğının söndürülməsinin təşkilinə dair tədbirlər görülməyib;

– obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimatla) yanğına qarşı rejim müəyyənləşdirilməyib;

– obyektdə elektrik enerjisinin kəsilməsi halları nəzərə alınaraq, xidməti heyət ehtiyat elektrik generatoru ilə təmin edilməyib;

– obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində “Az Steel Company” MMC-yə məxsus ərazidə istismara yararsız doğranmaqda olan yük gəmisində işlərin dayandırılması barədə Qərar qəbul olunub.

Oxumağa dəyər:   "7 aya yaxın deputatlarla bu binada oturdum, bir nəfər gəlib maraqlanmadı..."








İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev və Mehriban Əliyevanın Zəngilana səfərindən – Video

Multimedia 26/05/2022 22:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda səfərdə olublar.

“Qafqazinfo” səfərdən videonu təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Yolumuz Zəngilanadır…” – Mehriban Əliyeva video paylaşdı

Multimedia 26/05/2022 16:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

Mehriban Əliyeva öz instaqram hesabında video paylaşaraq bildirib:

“Yolumuz Zəngilanadır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN subasma hadisələri ilə bağlı məlumat yaydı – VİDEO

Multimedia 26/05/2022 13:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış məntəqələrində bəzi ərazilər subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal ərazilərə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlər həyata keçirilib: 

“Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında Nazirliyin qüvvələri tərəfindən Bakı şəhərinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Gəncə və Yevlax şəhərlərində, Qəbələ rayonunun Nohurqışlaq kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri görülüb”, deyə, məlumatda qeyd edilib.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Daşan çaydan belə xilas olundu – Video

Multimedia 26/05/2022 09:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndi ərazisindən keçən hissəsində baş vermiş sel nəticəsində bir nəfər vətəndaş minik avtomobilində köməksiz vəziyyətdə qalıb.

Dərhal əraziyə Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yağan güclü yağışlarla əlaqədar Ağçay çayının Xaçmaz rayonu, Şıxhaput kəndinin ərazisindən keçən hissəsində suyun səviyyəsinin sürətlə qalxması səbəbindən Xaçmaz rayon sakini 1971-ci il təvəllüdlü Dadaşov Namiq Akif oğlunun idarə etdiyi “Niva” markalı minik avtomobili çayda qalıb və nəticədə vətəndaş nəqliyyat vasitəsində həyati təhlükəli vəziyyətə düşüb.

Mərkəzin xilasediciləri operativ olaraq xüsusi xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı çaydan çıxararaq xilas ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həcc ziyarətinin qiyməti niyə artıb? – QMİ-dən açıqlama – VİDEO

Multimedia 25/05/2022 23:24
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son vaxtlar dünyada baş verən qiymət artımı Həcc ziyarəti ilə bağlı məsələlərə də təsir edib. 

Bunu ARB 24-ə açıqlamasında QMİ-nin sədr müavini Salman Musayev deyib.

O bildirib ki, Bakıdan gediş-gəliş üçün zəvvarlara çəkilən bütün xərclər 5350 ABŞ dollarına daxildir:

“Səudiyyə Ərəbistanının qəbul etdiyi qərarlar əsasında, qiymətlər xeyli artıb. Hətta zəvvarların sağlamlıq məsələlərinin qorunması da ödənişə daxildir. Əvvəlki illərdə bunların hamısı ödənişsiz idi. Amma bu il bu xərclər də ziyarət səfərinin qiymətinin üzərinə gəlib”.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Nərimanovda qazdan qanunsuz istifadə halı aşkarlandı – Video

Multimedia 25/05/2022 23:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azəriqaz” İstehsalat Birliyin əməkdaşları tərəfindən may ayının 24-ü paytaxtın Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən “Bakı 2010” adlı hündür mərtəbəli binanın qazanxanasına baxış keçirilən zaman qanunsuz müdaxilə halı aşkar edilib.

Bu haqda “Qafqazinfo”ya “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, kənar müdaxilə aşkar olunduqdan dərhal sonra Birlik əməkdaşları həmin ünvana cəlb olunub. Qaynaq vasitəsilə qanunsuz birləşmə ləğv edilib. Qanunsuz birləşmə ilə bağlı dəymiş ziyanın hesablanacağı və müvafiq addım atılacağı vurğulanıb.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırığı ilə 2021-ci ilin oktyabr ayından İstehlakçılara satılan qaza nəzarət şöbəsinin tabeliyində yaradılan müvəqqəti işçi qrupu, fərdi yaşayış evlərində, hündürmərtəbəli binalarda qaz təsərrüfatına qanunsuz müdaxilə hallarının qarşısını almaq məqsədilə reydlər həyata keçirir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bayraktarla pilot arasında maraqlı dialoq – Video

Multimedia 25/05/2022 16:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Bakıda “TEKNOFEST Azərbaycan” festivalına son hazırlıq işləri aparılır.

Orada “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla pilot arasında maraqlı dialoq yaşanıb.

Bayraktar pilota uçuşları barədə sual verib. Pilot onun sualına ətraflı cavab verib.

Pilot, həmçinin Azərbaycanın çox gözəl olduğunu qeyd edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib – VİDEO

Multimedia 25/05/2022 16:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib.

Uçuşlar paytaxt səması ilə yanaşı Xəzər buxtasını da əhatə edib.

Uçuş “Teknofest-2022” festivalına hazırlıq çərçivəsində baş tutub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İrəvanda Atatürkün portreti erməniləri hiddətləndirib – VİDEO

Multimedia 25/05/2022 16:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın paytaxtı İrəvanın küçələrindən üzərində Mustafa Kamal Atatürk və Fateh Sultan Mehmedin portretləri olan yük maşını keçib.

Sosial şəbəkədə hadisə ilə bağlı video yayılıb.

Görüntüləri sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şamaxının bu kəndlərində elektrik şəbəkəsi yenidən quruldu – Video

Multimedia 25/05/2022 15:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şamaxının ucqar dağ kəndləri olan Səfalı və Kərkənc kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.

Yenidənqurma nəticəsində 25 abonenti olan Səfalı kəndində 1 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 3 km-a yaxın 10 kV-luq, 1 km-dan çox 0,4 kV-luq eleketrik xətti yenilənib.

Şamaxının Kərkənc kəndində də yenilənmə işləri yekunlaşdırılıb. 144 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 18 km-a yaxın 10 kV-luq, 5 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdirilib.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub.

Şamaxının Səfalı və Kərkənc kəndləri ilə yanaşı, rayonun Mədrəsə qəsəbəsi, Zarat Xeybəri və Ərçiman kəndlərində də yenidəqurma işləri başa çatıb. Ümumilikdə 900-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.

Oxumağa dəyər:   DSX hərbçisi özünü asaraq öldürüb - Açıqlama

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video

Multimedia 25/05/2022 14:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın onbirmərtəbəli yaşayış binasının liftinin şaxtasında baş verib və bir qrup vətəndaş mənzillərdə təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın tətbiqi ilə binanın yuxarı mərtəbələrində təhlükəli vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub.

Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vilayət Eyvazov qəbul keçirdi – Video

Multimedia 25/05/2022 14:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz rayonlarından gələn 72 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Daha sonra general-polkovnik V.Eyvazov şimal bölgəsi üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 101 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 37-si  Vətən müharibəsi iştirakçısı, 7-si isə şəhid ailələrinin üzvləri olublar.

Sonda V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə müvafiq tapşırıqlar verib.

 


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şahin Mustafayev ermənicə sərbəst danışır..”

Multimedia 25/05/2022 11:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edəcək. Ermənistan tərəfindən isə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan bu vəzifəni icra edəcək.

Şahin Mustafayevin bu vəzifəyə təyinatından sonra Ermənistan mediasında onun kimliyi barədə məlumatlar dərc olunmağa başlayıb.

Belə ki, “Hraparak” qəzeti yazır ki, Şahin Mustafayev Ermənistanda doğulub və burada təhsil alıb. Bildirilir ki, Mustafayevlər ailəsi Noyemberyan rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.

“Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Şahin 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb. O, erməni dilində sərbəst danışır, Ermənistan tarixini və diasporunu yaxşı bilir”, – deyə məlumatda qeyd olunub.

Maraqlıdır ki, Ermənistanda fəaliyyət göstərən daha bir media qurumu “Civilnet” 2014-cü ilin fevralında Şahin Mustafayevin Cucevanda yaşadığı dövrlə bağlı “Qızıl medalçı: Şahin Mustafayev” adlı sənədli film hazırlayıb. 2021-ci ildə isə “Caucasus Talks” yutub kanalı sözügedən videomaterialı Azərbaycan dilində titrlə yayımlayıb. Bu filmdə də keçmiş iqtisadiyyat naziri Ş. Mustafayevin təhsili, şəxsi həyatı, hərbi xidmətdə olduğu dövr barədə məlumatlar yer alıb. Qeyd olunur ki, sözügedən kənddə Şahin Mustafayev və ailəsi ilə bağlı xoş xatirələr qalıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu avtomobil sahiblərinə pul veriləcək – Video

Multimedia 25/05/2022 00:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ”Xəzər Xəbər”ə müsahibəsi zamanı deyib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.

Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır.

O qeyd edib ki, hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur:

Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir”.

O əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.

Nazir müşaviri onu da qeyd edib ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir.

Oxumağa dəyər:   Polis ağır qəza törətdi - Ölən var

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 27/05/2022 15:09

Obyektdən oğurluq edərkən tutuldu – Video

Read more
Multimedia 27/05/2022 11:47

Yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı – Video

Read more
Multimedia 26/05/2022 22:23

İlham Əliyev və Mehriban Əliyevanın Zəngilana səfərindən – Video

Read more
Multimedia 26/05/2022 16:20

“Yolumuz Zəngilanadır…” – Mehriban Əliyeva video paylaşdı

Read more
Multimedia 26/05/2022 13:42

FHN subasma hadisələri ilə bağlı məlumat yaydı – VİDEO

Read more
Multimedia 26/05/2022 09:05

Daşan çaydan belə xilas olundu – Video

Read more
Multimedia 25/05/2022 23:24

Həcc ziyarətinin qiyməti niyə artıb? – QMİ-dən açıqlama – VİDEO

Read more
Multimedia 25/05/2022 23:00

Nərimanovda qazdan qanunsuz istifadə halı aşkarlandı – Video

Read more
Multimedia 25/05/2022 16:47

Bayraktarla pilot arasında maraqlı dialoq – Video

Read more
Multimedia 25/05/2022 16:14

Səlcuq Bayraqdar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib – VİDEO

Read more
Multimedia 25/05/2022 16:03

İrəvanda Atatürkün portreti erməniləri hiddətləndirib – VİDEO

Read more
Multimedia 25/05/2022 15:49

Şamaxının bu kəndlərində elektrik şəbəkəsi yenidən quruldu – Video

Read more
Multimedia 25/05/2022 14:12

Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video

Read more
Multimedia 25/05/2022 14:02

Vilayət Eyvazov qəbul keçirdi – Video

Read more
Multimedia 25/05/2022 11:08

“Şahin Mustafayev ermənicə sərbəst danışır..”

Read more
Multimedia 25/05/2022 00:56

Bu avtomobil sahiblərinə pul veriləcək – Video

Read more
Multimedia 24/05/2022 17:32

Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO

Read more
Multimedia 24/05/2022 16:51

Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video

Read more
Multimedia 24/05/2022 16:09

Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video

Read more
Multimedia 24/05/2022 13:39

Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video

Read more
Multimedia 24/05/2022 12:09

Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video

Read more
Multimedia 24/05/2022 11:57

Bakıda hərbi formada dilənçilik edənə bu cəza verildi – VİDEO

Read more
Multimedia 24/05/2022 11:44

Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb – VİDEO

Read more
Multimedia 24/05/2022 10:14

Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO

Read more
Multimedia 23/05/2022 18:56

İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO

Read more
Multimedia 23/05/2022 13:40

“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video

Read more
Multimedia 23/05/2022 12:46

Türkiyəli pilotlar Bakı səmasında – Video

Read more
Multimedia 23/05/2022 12:00

Şuşa Real Məktəbi belə olacaq – Video

Read more
Multimedia 22/05/2022 12:21

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/05/2022 15:02

Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Read more
Multimedia 21/05/2022 11:57

FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

Read more
Multimedia 21/05/2022 09:41

Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video

Read more
Multimedia 20/05/2022 18:15

Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video

Read more
Multimedia 20/05/2022 16:03

Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO

Read more
Multimedia 20/05/2022 12:18

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video

Read more
Multimedia 19/05/2022 23:47

Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla