
Bakıda 26 yaşlı qadın pnevmoniyadan dünyasını dəyişib.
TƏBİB-dən verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxana çatdırılıb.
Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra isə dünyasını dəyişib.
“İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz təxminən 10 gündən sonra məlum olacaq”, – deyə məlumatda deyilir.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı unikal-org yayıb.