Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qala qəsəbəsində 2000-ci il təvəllüdlü Əhmədov Nabil Habil oğlunun idarə etdiyi avtomobil hərəkətdə olarkən elektrik qatarına çırpılıb.

Hadisə zamanı xəsarət almış sürücü deformasiyaya uğramış avtomobildən çıxarılaraq, təcili tibbi yardımın köməkliyi xəstəxanaya çatdırılıb.

İstinadlar Report