
Bakıda 2 yaşlı körpə hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb. Əmircan qəsəsində 2 yaşlı Əliyev Tamerlan Rüstəm oğlu yaşadığı evin ikinci mərtəbəsindən ehtiyatsızlıqdan yerə yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.