Bakıda ağır yol qəzası qəza törədərək 2 nəfərin ölümündə təqsiləndirilən Səbuhi Şəfiyevə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu ilin martında Qaradağ rayonunda baş verib.

Belə ki, S.Şəfiyevin idarə etdiyi “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb.

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstinadlar Report