Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, hadisə BNA tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır.

Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb.

Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

İstinadlar Qafqazinfo