Bakıda yeniyetmə qız xəstəxanadan itkin düşüb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Əhmədova Xatirə Ağalar qızı polisə müraciət edərək bildirib ki, iyunun 22-də qızı, 2000-ci il təvəllüdlü Əhmədli Nəzrin Asif qızı Sabunçu rayonu ərazisindəki 3 saylı Şəhər Klinik Xəstəxanasından bankomata getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Trend