
Bakının Xəzər rayonunun Qala qəsəbəsində 19 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Iki avtomobilin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü Zamanov Cəmşid Şamis oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.