Bu ilin may ayı ərzində Bakı şəhəri ərazisində dayanma-durma və parklama tələblərinin pozulması ilə əlaqədar yol polisi 27 500-dən artıq inzibati protokol tərtib edib
ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, protokollar daha çox metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı tərtib olunub: “Mindən artıq taksi sürücüsünə qarşı inzibati protokol tərtib olunub. İnzibati protokollar araşdırılılarkən məlum olub ki, 460 sürücü eyni xətaya görə, müxtəlif vaxtlarda ikinci dəfə cərimələnib. 96 sürücü isə eyni əməllə 4 dəfə inzibati xəta törədib. Ümumilikdə 170 avtobus sürücüsü qanunun tələbini pozub”.