Bakının Sabunçu rayonunda 15 yaşlı qızın itkin düşməsi barədə polisə müraciət edilib.

2009-cu il təvəllüdlü E.Adıgözəlovanın yanvarın 17-də yaşadığı Sabunçu qəsəbəsi, 9-cu mədən küçəsindəki evdən çıxaraq geri qayıtmadığı bildirilib.

Müraciətlə bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

İstinadlar Qafqazinfo