Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 17-si saat 10:00-a olan məlumatına əsasən cənub və şərq rayonlarında yağıntılı olub, sulu qar, qar, Sumqayıt, Bakıda sulu qar yağıb.

Düşən yağıntının miqdarı: Lerikdə 15.0 mm, Qubada 14.0 mm, Astarada 8.0 mm, Şabran, Ordubadda 6.0 mm, Ləzə, Xaltan, Altıağacda 5.0 mm, Yardımlı, Qusar, Xaçmazda 4.0 mm, Lənkəranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 2.0 mm, Maştağa, Bakıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü belədir: Ağdərədə (Ordubad) 30 sm, Ləzədə 21 sm, Qubada 20 sm, Lerikdə 19 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 14 sm, Şabran, Xaltan, Altıağacda 12 sm, Şahbuzda 8 sm, Daşkəsəndə 6 sm, Göygöl, Qusar, Naxçıvanda 5 sm, Xınalıqda 1 sm olub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 1-2° isti, aran rayonlarında 1-4° şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, Naxçıvan MR-da 14°-dək şaxta olub.

İstinadlar Qafqazinfo