“Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə regional kommunikasiyaların bərpası üzrə İşçi Qrupu bir çox məsələlərdə, xüsusən də sərhəd və gömrük nəzarəti ilə bağlı Bakı və İrəvanın mövqelərini yaxınlaşdıra bilib”.

Bu sözləri Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, şübhəsiz ki, çətin işdir. Lakin qeyd etməliyəm ki, tərəflər bir çox, sərhəd və gömrük nəzarəti, eləcə də Azərbaycan və Ermənistan ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər”, – deyə o bildirib.

Xatırladaq ki, iyunun 4-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə regionda nəqliyyat kommunikasiyalarının bərpası üzrə Üçtərəfli İşçi Qrupun iclası keçirilib.

İstinadlar Qafqazinfo