“Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həlli yollarının axtarışı Rusiyanın diqqət mərkəzində qalır”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya Federal Məclisinin Federasiya Şurasında hökumət saatı zamanı deyib. 

“Rusiya bu cür böhranların həllinə konkret töhfə verir. Bura Suriyada siyasi dialoqu təşviq etmək səylərimiz də daxildir. Rusiya Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həllinin tapılmasında əsas rol oynayır”, – deyə Lavrov qeyd edib. 

 

İstinadlar Qafqazinfo