Fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı beynəlxalq konfrans keçiriləcək.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbirlə əlaqədar bu gün İstanbulda mətbuat konfransı baş tutub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirakı ilə keçirilən konfransda bildirilib ki, beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.

Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın müstəmləkələri olan dənizaşırı bölgələri – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər rəsmi Parisin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səslənəcək.

Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

İstinadlar Report