Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 milyard 540,7 milyon kubmetr qaz nəql edilib.

Magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 55,6 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 11 milyard 418,9 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin ilk yarım ili ilə müqayisədə 4,6 % çoxdur.

İstinadlar Report