Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 869 milyon kubmetr qaz nəql edilib.

Magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 % azalma müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 56,2 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 13 milyard 423,3 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 5,4 % çoxdur.

İstinadlar Report