
Bu gün Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində yol qəzası baş verib.
Eyni istiqamətdə hərəkət edən “Kia Sorento” və “Chevrolet Cruze” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə yerində yol polisi əməkdaşları gəlib, araşdırma aparılır.