Quba rayonunda avtomobil qəzası olub.

Hadisə Quba-Xınalıq yolunda qeydə alınıb. Belə ki, “Hyundai santafe” markalı minik avtomobili qəzaya uğrayıb. Qəza zamanı Bakı şəhər sakinləri – 1987-ci il təvəllüdlü Elvin Məmməd oğlu Budaqov və 1997-ci il təvəllüdlü Ərturan Aqil oğlu Həşimzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İstinadlar Report