Bakı-Quba yolunda tıxac yaranıb.

Bu barədə Oxu-az məlumat yayıb.

Bildirilib ki, yolun hər iki istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

***

“Qafqazinfo”ya Baş Dövlət Yol Polisi İdarəsinim İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, bazar günü olması səbəbibdən bölgələrdən paytaxt istiqamətinə nəqliyyat axını var və buda yollarda hərəkət intensivliyinin artması ilə müşahidə olunur: “Ancaq qeyd olunduğu kimi Baki-Quba yolunda böyük tıxac yaranmayıb. Hazırda YPX əməkdaşları yollarda hərəkəti tam formada nizamlayırlar. Bir daha sürücülərden yollarda təmkinli olmağı, tələskənlik nümayiş etdirməməyi və yollarda hərəkətin nizamlanmasında fasiləsiz xidmət aparan YPX əməkdaşlarına öz lazımi köməkliklər göstərmələrini xahiş edirik”.

İstinadlar Qafqazinfo