Bakı-Qazax yolunda avtobus yük avtomobili ilə toqquşub.

Yol qəzası avtomobil yolunun Hacıqabuldan keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan mikroavtobus yük avtomobilinə çırpılıb.

İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər hadisə yerində ölüb. Bir neçə nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır

 

İstinadlar Qafqazinfo