Dünən kəskin hava şəraitinə görə təxirə salınmış Bakı-Naxçıvan reysi üzrə uçuşlar artıq həyata keçirilib.

Bu barədə məlumatı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski verib. O bildirib ki, 3 reysdə gecikmələr var idi. Səhər saatlarına yaxın Muxtar Respublikada hava şəraiti düzəldiyindən uçuşlar həyata keçirilib.
Onun sözlərinə görə, gecikmə müddətində gözləyən sərnişinlər su və yeməklə təmin olunub.

Xatırladaq ki, dünən gecə saatlarına kimi Naxçıvanda ildırım və yağışlı hava şəraiti müşahidə olunurdu.

İstinadlar Qafqazinfo