
“Ağacların kəsilməsi qəbulolunmazdır. Çünki Bakı miqyasca yaşıl şəhər deyil. Biz çalışırıq ki, yaşıllıqlar salınsın”.
Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda ağacların kəsilməsi məsələsindən danışarkən deyib. O bildirib ki, hansısa bir pozuntu, qeyri-düzgün icazə hesabına hər hansı obyekt tikilməsi də qəbuledilən deyil. Biz “Bakı” kinoteatrı ətrafında ağacların kəsilməsi məsələsini araşdıracağıq”.