Qatardan düşərək “Koroğlu” stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Metropoliteni QSC-dən bildirilib.

Dərhal təcili tibbi yardım xidməti çağırılıb.

Bildirilib ki, zahiri görkəminə görə, 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib.

Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.

İstinadlar Qafqazinfo