“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Almaniyanın 10 şirkəti arasında potensial investisiya və əməkdaşlıq imkanları müzakirə olunub.

Məlumata görə, Almaniyanın Şərqi Biznes Assosasiyasının təşkilatçılığı ilə “Knauf lnternational”, “Falk Beratung”, “VNG”, “Edison Technologies”, “Rhenus”, “Gerber Architekten”, “HHLA lnternational”, “ATLAS International”, “Kranich Design” ve “Marburger Tapatenfabrik” kimi şirkətlərin nümayənələri ilə Bakı Limanında görüş keçirilib. Görüşdə Almaniya Şərqi Biznes Assosiasiyasının İcraçı direktoru Maykl Harmsın rəhbərlik edib.

Görüş zamanı, həmçinin Bakı Limanının tarixi, infrastruktur layihələri, Orta Dəhlizin inkişafındakı rolu müzakirə olunub.

Sonra qonaqlar limanın terminallarındakı iş prosesi ilə tanış olublar.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir.

İstinadlar Report