“Tbilisi dəfələrlə İrəvan və Bakıya öz vasitəçilik xidmətlərini təklif edib”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda jurnalistlərə açıqlamasında bildirib.

“Tbilisi Ermənistan və Azərbaycan arasında danışıqların təşviqində moderator rolunu öz üzərinə götürməyə hazırdır. COP29 çərçivəsində zərurət yaranarsa, Azərbaycan və Ermənistan arasında danışıqların irəliləyişində daha fəal rol oynamağa hazırıq, lakin bu, tərəfdaşlarla məsləhətləşmələrdən asılıdır”, – deyə Kobaxidze qeyd edib.

İstinadlar Qafqazinfo