Böyük Britaniyanın Lordlar Palatasında Azərbaycanla təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Bunu Azərbaycanın Londondakı səfiri Elin Süleymanov deyib.

“Britaniya Lordlar Palatasında Azərbaycanın təhsil naziri Emin Əmrullayevə, eləcə də Təhsil Nazirliyindən və “British Council”dan olan həmkarlarımıza göstərilən səmimi qəbula görə Baronessa Emma Nikolsona (Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət nümayəndəsi – red.) təşəkkür edirəm.

Həmişə olduğu kimi, Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq haqqında çox məhsuldar söhbət aparılıb”, – diplomatın sosial şəbəkədəki paylaşımında deyilir.

İstinadlar Report