Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.

Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu paylaşım edib.

O bildirib ki, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var:

“Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə yeddi nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla, çox ağır vəziyyətdə olan yaralılar var”.

***

APA-nın yaydığı məlumata görə, qəza “Ford Transit” markalı avtomobillə “VAZ-2107” markalı maşının toqquşması nəticəsində baş verib.