Dənizkənarı Milli Parkın ərazisində bir neçə nöqtədə yerdəki daş üzlüklər yararsız vəziyyətə düşüb.

Bu, bulvarda insanların gediş-gəlişində müəyyən çətinliklər yaradır.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva “Report”a bildirib ki, bulvarda daş üzlüklər yararsız vəziyyətə düşdükdə yenisi ilə əvəzlənir

Onun sözlərinə görə, ərazidə mütəmadi olaraq təmir-tikinti və bərpa işləri aparılır:

“Döşəmələrin qırılan hissələrində mütləq şəkildə təmir işləri aparılır. Bu işlər mütəmadi olaraq görülür. Bulvar idarəsi belə halları mütləq şəkildə nəzarətdə saxlayır”.

İstinadlar Report