Azərbaycanın Xarici İşlər Nazirliyi Argentinaya başsağlığı verib.
Bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.
“Argentinada baş vermiş dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı bildiririk. Bu daşqınlar çoxlu insan tələfatına, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olub.