
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində avtomobil yolu keçən 33 yaşlı Zaur Ağayevi vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.