Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Bakı Avrasiya Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən agentlik tərəfindən universitetdə təlimlərə start verilib.

Əməkdaşlıq müqaviləsi çərçivəsində agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən Bakı Avrasiya Universitetində daxili və xarici keyfiyyət təminatına dair təlimlər təşkil olunur.

Təlimlərin əsas məqsədi universitetin akademik və inzibati heyətinə ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı mexanizmlərinə, eləcə də xarici keyfiyyət təminatı qaydalarına dair geniş məlumatların verilməsidir.

İstinadlar Qafqazinfo