Bakı-Astara yolunun bağlanması ilə bağlı “Azəravtoyol” açıqlama verib. 

Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, güclü yağan intensiv yağışlar nəticəsində Cəlilabad rayonun Cəfərxan kəndi ərazisində su bəndi partlayıb: ” Nəticədə su bəndi qabağında olan nə varsa hamısını yuyub aparıb. Ələt- Astara yolunun 128-ci kilometrliyində olan Alar kəndini su basıb. Orada Fövqəladə Hallar Nazirliyi və başqa qurumlar qərara gəlib ki, həmin hissədə olan magistralı yarsınlar ki su axıb getsin. Orada su keçidi və yolun altından üç ədəd borular quraşdırılıb. Su keçidlərinin suyu ötürməyə gücü çatmadı. Kəndin əksər hissəsini su basıb. 5 metr enində, 3 metr dərinliyində yol yarıldı. Səhərə yaxın bizim əməkdaşlar tərəfindən həmin yolda hərəkət bərpa olunub. Bərpa zamanı mövcud olan üç ədəd borunun üzərindən daha iki ədəd 1200 diametrliyində iki ədəd su borusu qoyulub.

Mətbuat yazıblar ki körpü uçub. Burada dəqiqləşdirilmə aparılmalı idi. Orada körpü olmayıb, su keçidi olub. Hazırda bizim qurumun əməkdaşları, Fövqəladə Hallar Nazirliyi Alar kəndi ərazisindədir”.

Oxumağa dəyər:   Rusiyada yol qəzası, 2 Azərbaycan vətəndaşı yaralandı - Video